AZ

Günün qoroskopu: Hisslərinizlə emosiyalarınıza məhdudiyyət qoymayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - aktiv davranış tələb edən gündür. Ünsiyyət və hadisələr bir-birlərini sıralayacaq.
Enerjinizdən və yaşam tonusunzun yüksək səviyyəsindən rasional yararlanın.

Problemi həll etmək üçün imkanlar boldur. Bir neçə mövzuda və müstəvidə uğur əldə edə bilərsiniz. Yaşam sizə çox vədlər verir, aldanmayın.

Bir işə başlayıb o işi bitirin. Məhz sizə fayda və mənfəət vəd edən proseslərə qatılın.

İnformasiyalar və məlumatları təhlil edin, yaxşı düşünün, hövsələsiz davranmayın.
Axşam saatlarında əyləncə məkanına yollanmaq olar.

Buğa - hiss və emosiyalarınızı məhdudlaşdırmayın. Münasibətlərin inkişafı, təmaslarda köhnələn və effektivlik səviyyəsi aşağı düşən formatı dəyişmək zamanıdır.

Bəzi stereotiplər və adətlərdən qurtularaq günün tələblərinə uyğun hərəkət edin.
Alış-verişdə simiclik etməyin. Yeni əşyalar almaq istəyirsinizsə - alın.

Qəfil dəvət və hadisələrlə qarşılaşa bilərsiniz.
Axşam saatlarında piyada gəzin, açıq havada olun. Yaxınlarınızla münasibətlərdə səxavətli, səmimi və həssas olun.

Əkizlər - hərəkətləriniz üçün daha geniş, azad və asudə şərait yaranıb. Mənasız xülyalara, məntiqsiz arzulara qapılmayın. Belə olarsa, göz qarşısında duran məsələni nəzərdən qaçırmayacaqsınız.

Günün hadisələri yaxın vaxtlarda yaşanacaq olayların məcra təmayülünü müəyyənləşdirir. Perspektivləri dəyərləndirin, yeni planlar qurun.

Həyat sizdən sürətli davranış və fəallıq tələb edir. Tərəfdaşlar tapmaq, münasibətləri bərpa etmək, diqqət gözləyən insanla səmimi davranmağı unutmayın.

Axşam saatlarında tanış və dostlarla yazışmaq olar. Bu gün əldə ediləcək məlumat yeni ideyalar mənbəyinə çevrilə bilər.

Xərçəng - mövqelərinizi möhkəmləndirərək imkanlarınızı artıra biləcək addımları planlaşdırın. Dostlarla birgə iş, səfər və genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli vaxtdır.

Günün ilk yarısında iş məhsuldarlığı yüksək olacaq. Enerjinizi məqsədə çatmaq üçün gərgin çalışmağa sərf edin.

Hansısa məqam və ya ünsür aktiv marağınıza səbəb olarsa, məsələnin həllinə kompleks şəkildə yanaşın. Sonrakı fəaliyyət üçün tələsmədən hazırlığa başlayın, bazisi tədricən formalaşdırın.

İşgüzar müstəvidə və şəxsi münasibətlərdə eqoistcəsinə, təkəbbür və təşəxxüslə davranmayın.
Özünüzü məhdudlaşdırmaq, güzəştə getmək və başqasının maraqlarını nəzərə almaq gərəkdir.

Şir - yeniliklər, gözlənilməz hadisələr günüdür. Uzaqdan gələn xəbər, zəng, yazışma və internetdə təmaslar istisna deyil.

Təhsil səviyyəsi, bilik və bacarıqların artırılması üçün əlverişli gündür.
Yaxın günlərdə formalaşacaq yeni maraq və ya mövzunun zəmini indi hazırlanır, formalaşır.
Həssas olun, sayıq davranın. Planlarınız, gələcəyiniz, perspektivləriniz üçün önəmli ola biləcək məqamlar diqqətinizdən yayınmasın.

Qarşıda duran, görüləsi işləri, tərəfdaşların təkliflərini və planlarınızı təhlil edin.
Hansı işi ilk növbədə görmək gərəkdiyini, hansını da təxirə salmağın mümkünlüyünü müəyyənləşdirin.

Qız - daha effektiv və sürətli olun. Yeni təəssüratlar sizi cəlb etsə də, cari işləri unutmayın, rutin prosesləri yarımçıq qoymayın.

İndi baş verənlər yaxın gələcəkdə yaşanacaqlara təsir edir. Ünsiyyət çevrənizi məhdudlaşdırmayın, amma mühüm qərarlar da qəbul etməyin. Gərəkli və yetərli səviyyədə eqoist olun. Yaxın ətrafınızdakı insanlar anlamalıdır ki, vaxtınız sizin mülkiyyətinizdir.

Aktiv istirahət, gəzinti, dostlarla görüş üçün əlverişli vaxtdır. İnformasiya axını güclənəcək.
Köhnə əlaqələri və kontaktları bərpa etmək olar.

Tərəzi - tərəfdaşlıq və əməkdaşlıq, habelə şəriklik münasibətlərinə yenidən baxmaq olar. Belə münasibətlərin formatının dəyişdirilməsinə ehtiyac duyulur.

Yeniliklərə zərurəti hiss edirsinizsə, mühüm söhbəti təxirə salmayın. Qəfil hadisə və ya situasiya planlarınza müdaxilə edəcək. Nədənsə imtina etmək, hansısa məsələ ilə bağlı güzəştə getmək məcburiyyətində qalacaqsınız.

Lakin dəyişikliklərin sizə xeyri dəyəcək.
Həmfikirlərinizlə birgə iş və ya problemin müzakirəsinə çalışın. Gərəkli informasiyanı isə təklifdə arayın. Bu günün ideyaları real deyil, tələsməyin.

Bir müddət sonra konkret işə başlayın.
Spontan cəlb olunduğunuz tədbir və ya prosesdən yayınmayın.

Əqrəb - işin az olmayacağı gündür. Özü də işlər fərqli, çeşidlidir. Planladığınız məqamlarla yanaşı, əlavə problemlərin həllinə ehtiyac yaranacaq. Danışıqlar və sövdələşmələr, yazışma, görüş və müzakirələr qaçılmazdır. Bir sözlə, fəal ünsiyyət vaxtıdır.

Müxtəlif işlər görməli olacaqsınız.
Axşam saatlarında bir qədər dincəlməyə çalışın. İstədiyiniz təki istirahət edin.
Hərəkət, fiziki işlərdə fayda var.

Bir-birinizi rahatlıqla anladığınız insanlarla təmaslara can atın.
Yaxın gələcəklə bağlı planları müzakirə edin.

Oxatan - süst, astagəl olmayın. Nəzərdə tutduğunuz işə vaxt itirmədən başlayın. Birgə və ya qrup şəklində fəaliyyət daha yaxşı nəticə verəcək.

İnformasiya mübadiləsi, yazışma, məsləhət almaq üçün yaxşı gündür. Səfərə çıxmaq, dostlarla görüşmək, tanışlarla hal-əhval tutmaq olar. Qarşılıqlı fəaliyyətin başqa məqamları sizi maraqlandırırsa, nigaran qaldığınız məsələni müzakirə edin.

Anlaşılmazlıq sədləri asanlıqla dəf edilsə də, mükalimələrdə mövzu dərinliyinə ümid etməyin.
Praqmatik məsələlərin həlli üçün yaxşı vaxtdır.

Axşam saatlarında istirahəti sakit keçirin.

Oğlaq - çətin gündür. Ağır işlərə mənəvi və fiziki baxımdan hazır olun. İzafi gərginliyə səbəb yaratmayın. İşi tam, nöqsansız görün.

Heç nəyi mürəkkəbləşdirməməklə yanaşı, sizin üçün önəmli olan insanlarla təmaslarda mühüm məqamlardan yan keçməyin. Diqqətinizə ehtiyac duyanları yaddan çıxarmayın.

Səhhətinizin qeydinə qalın. Ailə üvləriniz və yaxınlarınızla daha çox vaxt keçirin.
Axşam saatlarında açıq havada gəzintiyə çıxın.

Fiziki işin həcmini artıra bilərsiniz.

Dolça - qarşılıqlı təmaslar və ünsiyyətdə aktiv olun. Təəssüratlar və informasiyalar bol olacaq. İnternetdə yazışmaq, dostlar və tərəfdaşlarla ümumi məsələni müzakirə etmək olar. Evdə səmimi və mehriban olun, məişət məsələlərinə diqqət ayırın.

Hisslərinizlə emosiyalarınıza məhdudiyyət qoymayın. Yeni prioritetləri müəyyənləşdirməyə imkan verəcək sözlərin eşidiləcəyi önəmli söhbət, ya da müzakirə istisna deyil.

Axşam saatlarında sevdiyiniz insanla rahat ünsiyyət üçün vaxt tapın.

Balıqlar - uzaq perspektivlərlə bağlı ailədə planların və qərarların müzakirəsi üçün əlverişli gündür. Münasibətlər yaxşı durumda deyilsə, konkret addımlar atmağın vaxtıdır.

Hissləri təzələyin, qarşınıza yeni məqsədlər qoyun. Yaxın ətrafınızda baş verən hadisələrin birbaşa sizə dəxli olmaya bilər.

Yeni mövzuya başlamağa mane olmayacaq işlərlə məşğul olun, mühüm məsələni qaçırmayın. Yeni sosial pilləyə qalxmağa çalışın.

Cari problemlər və məsələlərlə təkbaşına qalmayın.
Məsələni bilən, suallara cavab verəcək adamlardan məsləhət almağa çalışın.

Milli.Az

Seçilən
155
50
milli.az

10Mənbələr