AZ

"Cavanşir Məmmədovla düz 30 il..."

Tarix: 22 Aprel 2024 14:25

"Kim ağlına nə gəldi yazdı. Özləri bilər, vicdanları bilər. Nə istəyirlər yaszınlar, desinlər. Meyvəsi bol olan ağaca hərə bir daş atar".
Milli.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra sosial şəbəkələrdə onunla bağlı xoşagəlməyən fikirlərə münasibət bildirərkən deyib.




Firuzə İbadova Cavanşir Məmmədovun özünəməxsus bir sənəti olduğunu qeyd edib: 
"Cavanşir Məmmədov ürək tutmasından dünyasını dəyişdi. Onunla ailəvi münasibətlərimiz var idi. Uzun illər bir yerdə səhnə bölüşmüşük. Heç kimin nə yazması məni qəti maraqlandırmır. Nə baxıram, nə də oxuyuram. Müsahibə də vermirəm. Məni o maraqlandırır ki, 30 ilə yaxın əxlaqlı bir sənətkarla birlikdə işlədim. Hər şeyə rəğmən küsüb-inciyən vaxtlarımız da oldu, amma hər dəfə barışdıq".
Firuzə İbadova hesab edir ki, həmkarı haqqında yazılanlar hələ azdır:
"Cavanşir Məmmədov böyük adam idi. Aygün Bəylər öldü, biz ailəlikcə stress yaşadıq. Cavanşir Məmmədov da bizim ailənin içi idi. Nə istəyirlər yazsınlar, Cavanşir müəllim bu səhnədə iz qoyub, ona başqa davamçı lazım deyil. Həmin iz də tarix boyu yaşayacaq". 



Qeyd edək ki, Əməkdar artist Cavanşir Məmmədov aprelin 20-də qəflətən ürək tutmasından dünyasını dəyişib. Bu xəbərdən sonra sosial şəbəkə izləyiciləri onun haqqında xoşagəlməz ifadələr yazıblar.
Milli.Az

Seçilən
71
2
sonxeber.net

3Mənbələr