Qəzzada ölü və yaralıların ümumi sayı 110 mini keçdi
İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayının əvvəlindən Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində 34,1 mindən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı artaraq, 34 min 151 nəfərə çatıb, daha 77 min 84 nəfər yaralanıb”, - Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
Departamentin məlumatına görə, son 24 saat ərzində Qəzzada 54 nəfər ölüb, 104 nəfər isə yaralanıb.