AZ

Həmişə hiss edirdik ki, Heydər Əliyev bizimlədir - BAM veteranı

Moskva. Trend:

Həmişə hiss edirdik ki, Heydər Əliyev bizimlədir.

Trend xəbərverir ki, bu barədə Baykal-Amur Magistralının (BAM) veteranıNurməmməd Cavadov Kremldə jurnalistlərə deyib.

"Mən Azərbaycan komsomol dəstəsinin komandiriyəm. 22 mart1975-ci ildə biz helikopterdə Ulkan qəsəbəsinə getdik, orada1998-ci ilədək daimi qəsəbə inşa olunurdu. Yalnız ilk qış çətinoldu. Biz o vaxtlar soyuğa öyrəşməmişdik. Heydər Əliyev gələndəgələndə qəsəbələrə baxdı. Biz daima Azərbaycanın, Heydər Əliyevinbizimlə olduğunu hiss edirdik", - deyə o bildirib.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevinvə Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları vəişçiləri ilə birgə görüşü keçirilib

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir.Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralıntikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müaviniolaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaqqərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüşnöqtəsi oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
80
az.trend.az

1Mənbələr