AZ

Heydər Əliyev sayəsində BAM-ın tikintisi ilə əlaqədar problemlər həll olundu - Veteran

Moskva. Trend:

Heydər Əliyev sayəsində Baykal-Amur Magistralının (BAM)tikintisində ortaya çıxan problemlər həll olundu.

Trend xəbərverir ki, bu barədə "BAM Birliyi" ictimai təşkilatının qəyyumlarşurasının üzvü Vyaçeslav Aksyonov Kremldə jurnalistlərə deyib.

"O, on gün ərzində Baykal-Amur Magistralını gəzdi, qəsəbələrdədayandı, inşaatçılarla söhbət etdi, onların problemləri iləmaraqlandı. Sonra Moskvada artıq bütün bu məsələlərin həllindərəhbərliyimizə köməklik göstərdi. Çünki yalnız Moskvada vənazirliklərdə həll olunmalı mürəkkəb problemlər çox idi", - odeyib.

Vyaçeslav Aksyonov qeyd edib ki, minnətdarlıq əlaməti olaraqAnqoya stansiyasında Heydər Əliyevin adını daşıyan xatirə lövhəsiqoyulub.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevinvə Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları vəişçiləri ilə birgə görüşü keçirilib.

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir.Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralıntikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müaviniolaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaqqərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüşnöqtəsi oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
80
2
az.trend.az

3Mənbələr