AZ

Bu psixotrop maddələrin siyahısı dəyişir

Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına dəyişiklik edilir.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr siyahısından Dekstrometorfan və Buprenorfin çıxarılıb.

Dəyişikiyə əsasən, bu maddələr Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr sırasına daxil edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib. /unikal

Seçilən
88
13
yenicag.az

10Mənbələr