AZ

"Məcbur qalıb toyda idman geyimində oxudum" - Pərviz Qasımov

“O toy idmançı yoldaşlardan birinin toyu idi. Mən də ora saat 23:30-da qonaq qismində getmişəm. Toyda demək olar çox az adam qalmışdı. Mənim bütün toy geyimlərim “YouTube”da var və heç vaxt o geyimdə məclis idarə etmərəm. Ən azından toy sahibinə hörmətsizlik olar”.

Bunu Bakupost.az -a açıqlamasında xanəndə Pərviz Qasımov toyda idman geyimində oxuduğu haqda xəbərlərə münasibət olaraq deyib.


O, həmişə toylara milli geyim və kostyum geydiyini bildirib:


“Mayın 5-də Avropa çempionatına gedəcəm və ona görə də yarışa hazırlaşıram. Həmin gecə də idman zalından çıxdım. Yorğun idim və fikirləşdim ki, evə gedib paltarımı dəyişib qayıtmaq vaxt aparacaq. Ona görə də idman formasında toya getdim. Orda da qəfildən xahiş etdilər ki, ifa edim və ona görə də məcbur qalıb o geyimdə çıxış etdim”.

Qeyd edək ki, xanəndənin bir neçə gün öncə toyda idmançı formasında çıxış etməsi müzakirələrə səbəb olub. İzləyicilər idman formasında səhnəyə çıxdığına görə xanəndəni tənqid ediblər.




Vasif Əlihüseyn
BakuPost
Seçilən
54
1
bakupost.az

2Mənbələr