Vəkil Ramil Vəliyevlə ailə quran müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladının adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova "Tarixin bir günü” verilişində qızına “Sevgi” adını qoyacağını vurğulayıb: “Çox şıltaq və pozitiv insanam. Amma düşünürəm ki, hər şeyin həddi var. Həyat yoldaşım ciddi adamdır. Hər dəfə ana olacağım haqqında danışmaq istəmirəm. Qızıma
qoyacağımız adla bağlı çox böyük problem yaşayırıq. Bəzən adın düşər-düşməzliyi olur. Bu məsələni həyat yoldaşımın seçiminə buraxmışam. Çünki onun ilk qız övladı olacaq. Deyirəm ki, necə istəyirsə, elə də olsun. Həyat yoldaşım deyir ki, qızımıza “Sevgi” adını qoyaq. Amma hələ dəqiq bilinmir".
Müğənni evlilik həyatından da danışıb: "Çox xoşbəxtəm. Həyat mənim də üzümə gülərmiş".