Cinayət-Prosessual Məcəllənin 151.3-cü maddəsinə əsasən qətimkan tədbirinin şərtlərini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizlənən və ya çağırışa gəlməkdən qəsdən boyun qaçıran şəxsin tutulması barədə qərar çıxarıldıqda, müstəntiq və ya prokuror, eyni vaxtda həmçinin həmin şəxsin axtarışını elan edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 178.2-ci maddəsinə uyğun olaraq Sizə xəbərdarlıq edilir ki, cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxs (14 yaşınadək olan şəxslər, hamilə qadınlar, ağır xəstələr istisna olmaqla) cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışına üzrlü səbəb olmadan gəlmədikdə, cinayət prosesini həyata keçirən orqanın çağırışını almaqdan boyun qaçırdıqda, cinayət prosesini həyata keçirən orqandan gizləndikdə və daimi yaşayış yeri olmadıqda həmin şəxsə məcburi gətirilmə tətbiq edilə bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta