AZ

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Yuri Matias sabiq klubu “ÇFR Kluj”un (Rumıniya) onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi Rumıniyanın “Prosport” nəşrinə açıqlamasında deyib ki, fürsət düşsə, həmin ölkəyə qayıdar:

“Son xəbərləri oxuyuram, amma ÇFR-ə qayıtmağımla bağlı heç nə bilmirəm. Lakin futbolda hər şey mümkündür. Bilirəm ki, məni ÇFR və ümumilikdə Rumıniyada dəyərləndirirlər. Odur ki, fürsət düşsə, əlbəttə ki, ora qayıdardım. Təəssüf ki, göründüyü kimi, hazırda komandanın durumu yaxşı deyil. Ümid edirəm ki, ÇFR yenidən güclü olacaq. Super Liqada hər oyunu izləyirəm, Rumıniya çempionatından xəbərdaram. Bildiyiniz kimi, mən də rumın dilini öyrənmişəm, Orada çoxlu dostlarım var”.

Matias “Neftçi” barədə də danışıb: “Neftçi”yə gəlincə, özümü burada yaxşı hiss edirəm. Demək olar ki, hər matçda oynayıram. Bu mövsüm artıq “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdur, ona görə də ikinci yeri hədəfləyirik. Bunun üçün də çalışırıq”.

Matias “Neftçi”yə ötən yay məhz ÇFR-dən keçib. Onun paytaxt klubu ilə müqaviləsi isə 2025-ci ilin iyun ayına qədərdir.

Seçilən
54
6
futbolinfo.az

8Mənbələr