Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb.
BiG.AZ xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lideri Kim Çen Inın nəzarəti altında düşmən hədəflərinə nüvə əks-hücumunun ssenariləşdirildiyi təlim keçirilib.
Təlimdə nüvə başlıqları daşıya bilən iri 600 millimetrlik çoxsaylı reaktiv yaylım atəşi qurğuları sınaqdan keçirilib və 352 kilometr uzaqlıqdakı adaya uğurla vurulub.
BiG.Az