AZ

Bakı sakini dava zamanı bıçaqlanıb

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Əhmədov Cabit Canpolad oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Seçilən
228
16
apa.az

10Mənbələr