ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfəri Vaşinqtonun Rusiya-Çin münasibətlərini sarsıtmaq cəhdidir.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “TASS”a müsahibəsində deyib.
“Hazırda ABŞ hakimiyyəti “Rusiya-Çin əlaqəsini daha effektiv və güclü şəkildə pozmaq üçün yollar axtarır”, - XİN rəsmisi qeyd edib.