AZ

“Bu, sülh sazişi yolunda mühüm addımdır” - ABŞ rəsmisi

ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bildirib.

O qeyd edib: “Biz Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır”.


Telegram kanalımız
Seçilən
388
6
yenisabah.az

10Mənbələr