Alimlər yeni üsulla daha az təzyiqlə 150 dəqiqə ərzində təbii almaz yaradıblar.Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, təbii almazların yerin altında həddindən artıq təzyiq və temperaturda əmələ gəlməsi milyardlarla il çəkir.Sintetik formalar daha sürətli istehsal oluna bilər, lakin onlar, adətən, bir neçə həftəyə yaxın güclü təzyiqə məruz qalmalıdırlar.Maye metalların qarışığına əsaslanan yeni üsul kütləvi sıxılma ehtiyacı olmadan bir neçə dəqiqə ərzində süni almaz çıxara bilər. ATM-də (standart atmosfer vahidi) 150 dəqiqə ərzində 1025 dərəcə temperaturda almaz plyonka yaradılıb.Bu, dəniz səviyyəsində hiss etdiyimiz təzyiqə bərabərdir və normal tələb olunan təzyiqdən on minlərlə dəfə azdır. Cənubi Koreya Əsas Elmlər İnstitutunun tədqiqatçılarının rəhbərlik etdiyi innovativ yanaşmanın arxasında duran komanda əmindir ki, bu prosesin miqyası sintetik almazların istehsalında əhəmiyyətli fərq yaratmaq üçün genişləndirilə bilər.Almaz əldə etmək üçün karbonun maye metala əridilməsi yeni deyil. Məsələn, yarım əsr əvvəl ərimiş dəmir sulfidindən istifadə edən bir proses hazırlanmışdı. Lakin bu proseslər hələ də karbonun bağlanması üçün 5-6 gigapaskal təzyiq və almaz “toxumu” tələb edirdi."Biz 1 ATM təzyiq və orta temperaturda maye metal ərintisi istifadə edərək almaz yetişdirmə üsulunu kəşf etdik", - deyə tədqiqatçılar nəşr etdikləri məqalədə qeyd ediblər.Ay Tac
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta