AZ

ABŞ Azərbaycan və Ermənistan arasındakı delimitasiya prosesini dəstəklədiyini açıqlayıb

ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

"Biz Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə etmək barədə razılığa gəldiyi barədə elanı alqışlayırıq. Bu, uzunmüddətli sülh sazişinin əldə edilməsi istiqamətində mühüm addımdır”, -  o bildirib.
 
Bundan əvvəl Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı danışıqları tam dəstəklədiyini açıqlayıb. 
 
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
 
Hər iki ölkə arasında delimitasiya prosesinə artıq başlanılıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
363
34
anews.az

10Mənbələr