Qərbin sanksiyaları səbəbindən Rusiya Federasiyasından maye qazın ixracı yaxın 4 ildə durğunlaşa bilər.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" yazıb.
Agentlik bildirir ki, Rusiya İqtisadiyyat Nazirliyi 2025-2027-ci illərdə LNG istehsalının ildə 38,6 milyon ton səviyyəsində durğunlaşacağı "stressli" və "mühafizəkar" ssenarilər hazırlayıb.
Qeyd olunur ki, Rusiya Federasiyası 2030-2035-ci illərdə qlobal LNG bazarının 20%-ni təmin etmək niyyətindədir, halbuki hazırda bu rəqəm 8%-dir.
Bunun üçün, o, əsasən Arktikada yerləşən yeni zavodlarından istifadə etmək istəyir.