Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin qarşılaşmaları keçiriləcək.
Arena.az xəbər verir ki, hər iki oyun Bakı İdman Sarayında baş tutacaq.
Qalib komandalar mayın 7-də keçiriləcək final matçında üz-üzə gələcəklər.
Xatırladaq ki, futzal üzrə Azərbaycan Kubokunda sonuncu qalib ötən mövsüm “Neftçi” İK üzərində 5:0 hesablı qələbə qazanmış “Baku Fire” komandasıdır. Hansı ki, bu mövsüm sözügedən kollektivlər yarımfinalda üz-üzədirlər.
Azərbaycan Kuboku
Yarımfinal
25 aprel
Neftçi İK – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Hikmət Qafarlı.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 15:00.
Araz-Naxçıvan – PFL
Hakimlər: Rza Məmmədov, Ziya Nəsirov, Hacıəli Ağayev.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:00.