Bakı, 25 aprel, AZƏRTAC
2024-cü ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 38,9 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onların 55,6 faizini kişilər, 44,4 faizini isə qadınlar təşkil edib.