AZ

Türkiyədə Çorlu qəzası ilə bağlı cəzalar məlum oldu


2018-ci il iyulun 8-də Türkiyənin Tekirdağ şəhərinin Çorlu rayonunda baş verən qatar qəzası ilə bağlı cəzalar məlum olub.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, 25 nəfərin öldüyü, 340 nəfərin yaralandığı qatar qəzası ilə bağlı işdə 13 müttəhim mühakimə edilib.
Təqsirləndirilən şəxslərin hamısı günahsız olduqlarını bildirərək, bəraət hökmünün çıxarılmasını tələb ediblər. Məhkəmə müttəhimləri “şüurlu səhlənkarlıq nəticəsində birdən çox insanın ölümünə səbəb olmaq” ittihamı ilə mühakimə etsə də, bəzi müttəhimlər üçün bəraət qərarı çıxarıb.
Belə ki, məhkəmə heyəti 9 nəfəri 8 il 4 ayla 17 il 6 ay arasında həbs cəzasına məhkum edib, qalan 4 nəfər barədə isə bəraət qərarı verib.
Seçilən
80
yeniavaz.com

1Mənbələr