AZ

Qitə çempionatında Azərbaycanlı cüdoçular üz-üzə

Bu gün cüdo üzrə Avropa çempionatına start veriləcək.

Offsideplus.az xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ilk günündə 5 çəkidə qaliblər müəyyənləşəcək.

Azərbaycan millisinin 7 cüdoçusu tatamı üzərinə çıxacaq. Medallar uğrunda 3 kişi və 4 qadın idmançımız mübarizə aparacaq.

Kişilər
60 kq

Turan Bayramov Vaçe Adamyan (Avstriya), ardınca Luis Barrosu (İspaniya) məğlub edib. O, 1/4 finalda Anqelo Pantanonu (İtaliya) mübarizədən kənarlaşdıran komanda yoldaşı Balabəy Ağayevlə üz-üzə gələcək.

66 kq
Yaşar Nəcəfov da ikinci mərhələdən yarışa start verib. Muhammed Demirellə (Türkiyə) güləşən cüdoçu məğlubiyyətə üzülüb.

Qadınlar
48 kq

Leyla Əliyeva ilk görüşündə Tuqçe Bederə (Türkiyə) uduzub.

52 kq
Aydan Vəliyeva Zaqrebdəki yarışa Qefen Primo (İsrail) ilə sınaqla başlayacaq.

Gültac Məmmədəliyeva isə ilk mərhələdən azaddır. O, Sofiya Asvesta (Kipr)/Qabriela Dimitrova (Bolqarıstan) görüşünün qalibini gözləyir.

57 kq
Açelya Toprak startda Karla Tavarez Fernandezə (Lüksemburq) qalib gəlib. O, 1/8 finalda Darya Bilodidi (Ukrayna) sınağa çəkəcək.

Qeyd edək ki, Azərbaycan millisi çempionata 13 cüdoçu ilə yollanıb.

Seçilən
57
1
offsideplus.az

3Mənbələr