AZ

Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı - COP29-a dəvət edilib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Belçikadakı səfiri və Aİ yanındakı missiyasının rəhbəri Vaqif Sadıqov "X" hesabında paylaşım edib.

"Aİ-Azərbaycan gündəliyindəki bir çox məsələlərin bugünkü hərtərəfli müzakirəsinə görə Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri xanım Maqdalena Qronoya minnətdaram. Mən noyabrda Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Şarl Mişelə dəvət məktubunu təqdim etmək şərəfinə də nail oldum", - deyə paylaşımda qeyd olunub.
























Bizi İnstagramda izləyin

Seçilən
185
50
525.az

10Mənbələr