AZ

"Vüqar gecələr cibində mikrofon toyları gəzir"

Müğənni İzzət Bağırov meyxanaçı Vüqar Əbdülovla bağlı açıqlaması ilə diqqət çəkib. 

Milli.Az axşam.az-a xəbər verir ki, sənətçi onun toylarından danışıb. 

İ.Bağırov "Vüqar səhərə kimi toydadı. Maştağanın bütün toylarını o idarə edir. Hansı kənd toyuna gedirsən cibində mikrofon gəzir" sözlərini deyib. 

İzzət daha sonra onu parodiya etmələrindən danışıb:

"30 ildir məni parodiya edirlər. Amma birinci Müşviq Şahverdiyev edib. Tahir İmanov məni dəfələrlə parodiya edib. Hətta zəng edib ki, gəl bir bax. Gedib baxmamışam, çünki böyüklük edib. "Bu şəhərdə" dəfələrlə parodiya edib. Heç vaxt nə ələ salıblar, nə təhqir ediblər. O parodiyalarla məşhur olmuşam".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
96
35
milli.az

10Mənbələr