“Cari ildə ölkədə aktiv vergi ödəyicilərinin sayı 768 mindən çox olub”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Sahibkarlar günü”nə və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü” mövzusunda baş tutan konfransda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
O, qeyd edib ki, sahibkarlıq fəaliyyəti qeyri-neft iqtisadiyyatının inkişafında əsas istiqamətlərdəndir:
“Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda sahibkarlığın rolu gündən-günə genişlənir və özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Qeyri-dövlət sektorunun ÜDM-də payı 83%-ə çatıb, məşğulluqda payı isə 78%-i ötüb. Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin təqribən 99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir. Və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır. Cari ilin 1 aprel tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı da artaraq 768 mindən çox olub”.
Nəzrin Vahid