"A-Group Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyəti (ASC) cərimələnə bilər.
Valyuta.az-ın məlumatına görə, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə iş başlanıb.
Bu maddə fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, "Fərdi məlumatlar haqqında” Qanunla tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmaması ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
İş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürovanın icraatındadır.
Sadiq İsbəndərli