“Liverpul”un baş məşqçisi postuna əsas namizədlərdən birinə çevrilmiş Niderlandın “Feyenoord” komandasının çalışdırıcısı Arne Slot klubunun Mersisayd təmsilçisi ilə danışıqlar apardığını təsdiqləyib.
Bu barədə 45 yaşlı mütəxəssis ESPN-yə deyib.
“Liverpul”un məşqçisi olmaq istərdim, qərarım aydındır. “Feyenoord” və “Liverpul” danışıqlar aparırlar, mən isə bundan nə çıxacağını gözləyirəm. Mən əminəm, klubların razılığa gəlməsini gözləyirəm”, – o bildirib.
Xatırladaq ki, ilin əvvəlində “Liverpul”un indiki baş məşqçisi Yürgen Klopp cari mövsümün sonunda “qırmızılar”ı tərk edəcəyini açıqlayıb.