AZ

“Apple”-ın yeni süni intellekt modeli: "OpenELM"

Facemark xarici mənbələrə əsasən istinad edir ki, Son illərdə smartfonlarda süni intellektin istifadəsi artmaqdadır. Bəzi modellər, xüsusilə “Samsung”-un “Galaxy S24” seriyasındakı “Galaxy AI”, bulud vasitəsilə süni intellekt xüsusiyyətləri təklif edir. Lakin “Apple” bu mövzuda fərqli bir yol tutmağa üstünlük verir. “Apple” “iOS 18” ilə təklif edəcəyi “AI” xüsusiyyətlərinin birbaşa “iPhone”-larda, yəni cihazda işləməsini istəyir. Bu istəyin konkret nümunəsi bu yaxınlarda təqdim edilən “OpenELM” adlı süni intellekt modelidir.
"OpenELM"-in dörd müxtəlif ölçüsü var: 270 milyon parametr, 450 milyon parametr, 1,1 milyard parametr və 3 milyard parametr.
”Apple” generativ süni intellekt xüsusiyyətləri üçün cihazda işləyən böyük bir dil modeli hazırlayıb. “Apple” tədqiqatçıları dünən “Hugging Face” model kitabxanasında “OpenELM”-i istifadəyə buraxdılar.
“Hugging Face” model səhifəsində deyilənlərə görə; “OpenELM” – “Açıq Mənbəli Effektiv Dil Modelləri" deməkdir. “OpenELM” e-poçt yazmaq kimi mətnlə əlaqəli tapşırıqları çox səmərəli yerinə yetirir. Əlavə edək ki, kitabxanada paylaşılan modellər açıq mənbədir və tərtibatçılar tərəfindən istifadəyə hazırdır.
“OpenELM”-in dörd müxtəlif ölçüsü var: 270 milyon parametr, 450 milyon parametr, 1,1 milyard parametr və 3 milyard parametr. Xatırlatma olaraq; parametrlər təlim verilənlər toplusundan modelin qərar qəbul etmə prosesində nə qədər dəyişənləri başa düşdüyünü ifadə edir. Bu baxımdan qeyd etməliyik ki, kiçik modellərin işlədilməsi daha az xərc tələb edir. Üstəlik, kiçik modellər smartfon və noutbuk kimi cihazlarda işləmək üçün optimallaşdırılıb.
“Tim Cook” fevral ayında keçirdiyi illik səhmdar yığıncağında bildirmişdi ki, “Apple” bu ilin sonunda süni intellekt planlarını açıqlayacaq. “Tim Cook” onu da əlavə edib ki, şirkət 2024-cü ildə məhsuldar süni intellekt sahəsində yeni zəmin yaradacaq.
“Apple”-ın süni intellekt sahəsindəki dərin inkişafı mart ayında Kanadada yerləşən “DarwinAI” adlı süni intellekt startapını alması ilə yenidən gündəmə gəlib. İndiyə qədər “Apple”, ekrandakı aktivlərin kontekstini başa düşə bilən süni intellekt sistemi olan “ReALM” və fotoşəkillərin redaktəsinə yönəlmiş süni intellekt modeli “MGIE” kimi modellər hazırlayıb.

Seçilən
257
1
facemark.az

2Mənbələr