AZ

ABŞ-dən Ukraynaya yardım üçün 6 milyard dollarlıq müqavilə

ABŞ Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika şirkətlər ilə 6 milyard dollarlıq müqavilə bağlamağa hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu məlumatı ölkə mətbuatı yayıb. Bildirilib ki, Amerika administrasiyası Kiyev üçün ən böyük yardım paketlərindən birinə “son nöqtələri” qoyur.

Bura “Patriot” hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, pilotsuz uçuş aparatları, PUA əleyhinə vasitələr və “hava-hava” raketləri daxildir.

Qeyd olunub ki, müqavilələrin bağlanması üçün vəsait ABŞ Konqresinin Kiyevə yardım üçün ayırdığı 61 milyard dollardan ayrılacaq. Sözügedən silahlar böyük ehtimalla Ukraynaya yalnız bir neçə ildən sonra gələcək.

Seçilən
212
30
nocomment.az

7Mənbələr