AZ

Hacı Şahinin yutub kanalı bərpa oldu

Bir müddət əvvəl mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin yutub kanalı oğurlanmışdı.

Minval.info xəbər verir ki, “mikpro” – rəqəmsal yayım şirkətinin səyi nəticəsində kanal bərpa olunub. Bu barədə sözügedən şirkətin əməkdaşları Elmir Oktaylı və Ali İmran məlumat verib.

“Ripple” adlı kriptovalyuta ilə məşğul olan cinayətkarlar Hacı Şahinlə bərabər dünya üzərində də bir çox böyük yutub kanalını ələ keçirib. O kanalların bəziləri hələ də onların əllərində olsa da, nə xoş bizə ki, “mikpro” şirkətinin əməkdaşları Hacı Şahin Həsənlinin kanalı öz sahiblərinə qaytarıb, bütün məzmunlar bərpa edilib” deyə, açıqlamada bildirilib.

Qeyd edək ki, türkiyəli bloqer Ruhi Çenetin də milyonlarla abunəçisi olan kanalı onlar tərəfindən oğurlanmışdı. Kanal qaytarılsa da, içindəki videolar hələ ki, bərpa olunmayıb.

Seçilən
438
2
minval.info

3Mənbələr