Yaxın gələcəkdə Bakı şəhəri, Xətai rayonu, Kamandar Əhmədov və Sergey Senyuşkin küçələrindəki fərdi yaşayış evlərinin köçürülməsi və ərazidə park salınması nəzərdə tutulur.
Bu barədə Ölkə.Az-a Xətai rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, bununla əlaqədar müvafiq qurumların nümayəndələri sakinlərlə görüşlər keçiriblər, hazırda ölçmə işləri aparılır.
Xatırladaq ki, qeyd olunan ərazi "Sevgi" parkının yaxınlığındadır.