AZ

Füzulidə ağır qəza: Avtomobil yararsız hala düşdü

Füzuli-Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Hadisə nəticəsində VAZ-2106 markalı avtomobilə zərər dəyib.

Qəzanın Füzuli şəhərindən Şuşa şəhərinə gedən avtomobil yolunda (“Zəfər yolu”) baş verdiyi bildirilib.

Ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Seçilən
138
1
bakivaxti.az

10Mənbələr