AZ

Məşhur karqo şirkətinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlandı

Naxçıvan Muxtar Respublikasında "Araz Karqo" şirkətinə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma maddəsi ilə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, müvafiq qurum tərəfindən karqo şirkəti barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən cərimə protokolu tərtib olunub.

Daha sonra protokol baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib və iş hakim Gülsüm Əliyevanın icraatına verilib.

Karqo şirkətinin barəsində protokol tərtib olunan maddəyə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

398-ci maddədə nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.

Seçilən
316
2
iqtisadiyyat.az

3Mənbələr