Facemark xarici mənbələrə əsasən istinad edir ki, "VIne" geri qayıda bilər. "Elon Musk"-dan əvvəl "X", "Twitter" adlanırdı. Bu platforma "Twitter" olarkən "Facebook" kimi müxtəlif brendləri platformaları öz şəbəkəsində toplamaq istəyirdi. Bu brendlərdən biri isə hamımıza məlum olan "Vine" idi. 2017-ci ilin yanvarında "Twitter" artıq pul qazanmayan və istifadəçilərini itirməkdə olan "Vine"-ın üstündən sözün əsl mənasında xətt çəkdi.
"Elon Musk", "Twitter"-i "X"-ə çevirəndə əslində şirkətin bütün aktivlərini əldə etmişdi və "Vine"-də bu aktivlər arasında idi. Bunun fərqində olan "Musk" maraqlı bir anketlə "X" istifadəçilərinin diqqətini çəkib. Anket isə “Vine geri qayıtmalıdırmı?” idi.
"Elon Musk"-un anketinin paylaşıldığı anda isə "Bəli" səsi 70,5% ilə öndə idi. Anketdə isə 441 min 610 adam iştirak edib. Bu anketin nəticəsi də son zamanlar istifadəçilərinin sayını artırmaq və daha çox reklamçı cəlb etmək istəyən "Musk"-u motivasiya edə bilər.
Keçmişdə inadla 6 saniyəlik video konseptinə sadiq qalan və pul qazanma üsullarını inkişaf etdirməkdə çətinlik çəkən "Vine", "Elon Musk"-un rəhbərliyi altında fərqli səviyyə yüksələ ediləcək dəyişiklərlə birlikdə "TikTok"-a rəqib bir platformaya çevrilə bilər.