AZ

Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...

Qazax rayonunun Azərbaycana qaytarılmalı olan Xeyrimli kəndi ilə qonşu Güney ("Kirants") kəndində vəziyyət bir qrup sakinin etirazı ilə bağlı dünən səhər saatlarından gərgin olaraq qalır. 

News24.az moderator.az-a istinadən xəbər verir ki, "Azadlıq" radiosunun erməni bürosunun yaydığı məlumata görə, əlavə polis qüvvələri yeridildikdən sonra Güneyə gedən yol bağlı qalır. 

Məlumatda bildirilir ki, asayiş keşikçiləri səhər saatlarından kəndə gedən bütün yollarda xüsusi rejim qurub. "Kirants"a yalnız yerli sakinlər daxil ola bilər və onlar yaşayış yerinin  həqiqətən bu kənd olduğunu təsdiq edən pasportlarını polisə göstərməlidirlər.

Xatırladaq ki, dünən - mayın 2-i səhər saatlarda Güney kəndinə girişdə polislə qarşıdurmadan sonra 40-yaxın erməni həbs edilib. Ermənistanın Tavuş vilayət eparxiyasının arxiyepiskopu, 44 günlük savaşdan bəri Azərbaycan və Türkiyəyə qarşı radikal, irqçi, revanşist çıxışlarıyla seçilən, o cümlədən Qazaxın məlum kəndləri ilə bağlı erməni əhalinin etirazlarını xüsusi olaraq körükləyən Baqrat Qalustanyan bir müddət öncə avtomobillə Güney kəndinə daxil olmağa çalışsa da, polis buna imkan verməyib. "Hraparak"ın yaydığı məlumata görə, avtomobildən düşərək kəndə piyada getməyə çalışan keşişin bu cəhdinin də qarşısı alınıb.


Seçilən
179
30
news24.az

10Mənbələr