Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emoməli Rəhmonla telefon danışığı aparıb.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlər terror təhlükəsi ilə mübarizə, o cümlədən miqrasiya sahəsində əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparıblar.
Putin və Rəhmon Tacikistandan olan miqrantlarla bağlı vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşısının alınacağına əminliklərini ifadə ediblər.
Putin Rəhmonu mayın 9-da Moskvada keçiriləcək bayram tədbirinə dəvət edib .