AZ

Hər gün bu qidanı yemək 10 qutu kollagen içməyə bərabərdir

Kollagen son illərdə ən çox rəğbət görən qida əlavələrindən biridir. Bu daha çox onun cavanlaşdırıcı təsirləri ilə əlaqəlidir.

Medicina.az xəbər verir ki, bitki mənşəli kollagen mənbələri arasında ən diqqət çəkən məhsul yaşıl noxuddur.

Bəzi ekspertlər hər gün yaşıl noxud yeyən birinin kollgen əlavəsinə ehtiyac duymayacağını bildirirlər. Uzunmüddətli yaşıl noxud istifadəsinin 10 qutu kollagenlə eyni effekti verdiyi bildirilir.

Satışdakı bir çox kollagen əlavəsinin tərkibinin və effektinin şübhəli olduğunu nəzərə alsaq, yaşıl noxuda şans vermək üçün daha bir səbəb yaranır.

Bu paxlalı bitki zəngin qida tərkibi ilə seçilir. Doyurucudur, tox salayaraq arıqlamağa kömək edir.

Yaşıl noxudda, həmçinin çoxlu kalium və C vitamini var.

Yaşıl noxudun faydaları:

- Tərkibindəki kalium həm qan, həm də orqanizmdəki hüceyrələrin funksiyaları üçün vacibdir.

- Yaşlanma əleyhinə təsir göstərir. Dəri hüceyrələrinin yenilənməsinə və gənc qalmasına kömək edir. Bu xüsusiyyəti sayəsində qocalmanı gecikdirir.

- Hüceyrələri gücləndirir və beləliklə, saç köklərinə də fayda verir. Saçların zədələnməsi və tökülməsi kimi problemlərin qarşısını alır. Onların sürətli uzanmasını dəstəkləyir.

- Sinir hüceyrələrinin funksionallığını artırdığı üçün beyində baş verə biləcək pozğunluqların qarşısını alır. Yaşlılarda çox rast gəlinən unutqanlıq və Alzheimer xəstəliyi riskini azaldır.

- Göz sağlamlığı üçün təsirli olan A vitamini və luteinlə zəngindir.

- Dəmirin qana sürətlə sorulmasını təmin edərək anemiyanın qarşısını alır.

- Mövsümi keçidlər zamanı qəfil zəifləyən immun sisteminin güclü qalmasını təmin edir.

- Bir stəkan yaşıl noxud orqanizmin ehtiyac duyduğu C vitamininin 60 faizini ödəyir.

- Fol turşusu orqanizmin inkişaf üçün çox lazımlı bir maddədir. Mütəxəssislər xüsusilə hamilə qadınlara fol turşusunu məsləhət görürlər. Yaşıl noxud fol turşusu ilə zəngindir.

- Bağırsaqların florasını qoruyur. Bundan əlavə, liflə zəngin olduğu üçün qəbizlik kimi problemlərin qarşısını alır.

- Əzələlərin və sümüklərin inkişafını dəstəkləyir.

- Sidik turşusunu azaldaraq ödemin qarşısını alır.

- Güclü antioksidant olduğu üçün bədəndən toksinlərin çıxarılmasında qaraciyəri dəstəkləyir.


Aysel

Seçilən
303
22
medicina.az

10Mənbələr