Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Əvvəlcə “Kəpəz” “Sumqayıt”ı qəbul edəcək. Günün digər oyunu iki əzəli rəqib – “Qarabağ”la “Neftçi” arasında keçiriləcək.
Turun qalan oyunları mayın 5-6-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
33-cü tur
4 may
“Kəpəz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Tovuz şəhər stadionu, 16:30.
“Qarabağ” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
“Azersun Arena”, 19:30.