AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

Yeni mövsümə aid planlar və transfer məsələləri mayın sonunda dəqiqləşəcək. Bunu “Report”a açıqlamasında Azərbaycanın futzal millisinin və “Araz-Naxçıvan” klubunun baş məşqçisi Vitali Borisov deyib.

O, komandasının Yüksək Liqada çempion olması və yeni planlar barədə danışıb: “Çətin ili arxada qoyduq. Futzal hər il Azərbaycanda daha da inkişaf edir. Ölkə çempionu olduq, buna görə sevincliyik. Qarşıda bizi “Baku Fire” komandası ilə Azərbaycan Kubokunun final matçı gözləyir. Hədəfimiz qalibiyyətdir. Mayın sonunda rəhbərliklə görüşümüz olacaq və komandanın gələcəyi ilə bağlı müzakirələr aparacağıq”.

41 yaşlı mütəxəssis rəhbərlik etdiyi futzal millimizlə bağlı planları da açıqlayıb: “Bildiyiniz kimi, yığmamızın heyətinin əksəriyyətini gənclər təşkil edir. Təcrübəli oyunçular da komandaya töhfə verməyə çalışırlar. Bizə əsas lazım olan yoldaşlıq oyunları keçirməkdir. Futzalçılarımız tez-tez meydançaya çıxıb güclərini sınamalı və kimin nəyə qadir olduğunu görməliyik. Lakin məsələ burasındadır ki, yay aylarında yoxlama oyunu keçirmək üçün rəqib tapmaq çətinləşir. Hələlik heç kimlə danışıqlarımız olmayıb”.

Seçilən
57
2
futbolinfo.az

3Mənbələr