Türkiyə Silahlı Qüvvələrinin hərbçisi İraqın şimalında şəhid olub.
Day.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gün ''Pəncə-Kilid" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanaraq xəstəxanaya yerləşdirilib. O, bu gün şəhid olub.