AZ

Paşinyanla Köçəryan yenidən qarşı-qarşıya: Ermənistanda xaos gözlənilir?

Ermənistanın sabiq prezidenti Robert Köçəryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digər bölgələrdə yolları kəsməklə məşğul olur. Bununla da Köçəryan ölkədəki qarışıqlıqdan, xaosdan istifadə etmək, xalqı küçələrə tökmək, hakimiyyəti devirmək üçün növbəti dəfə şansını sınamaq qərarına gəlib.

Kilsə ilə ittifaq

Tavuş rayonunun kəndlərində davam edən etiraz aksiyalarının rəhbərinin Baqrat olması diqqətdən yayınmayıb. Uzun müddətdir baş nazirə qarşı kəskin çıxışlar edən din xadiminin Robertlə də əlaqəsi üzə çıxıb. Bir neçə il əvvəl Paşinyanın təqiblərindən qurtulmaq üçün kilsəyə sığınan və bu vasitə ilə ölkəni tərk etməyə çalışan eks-prezident 2021-ci il 17 fevral tarixində keçirilən mətbuat konfransında bəyan etdi ki, prezidentliyə namizəd irəli sürmək üçün ən yaxşı variant Erməni Apostol Kilsəsinin ruhani liderlərindən biri ola bilər, çünki o, qərəzsiz və ümumbəşəri hörmətə malik olacaq. Bu açıqlama bəzi ruhaniləri həvəsləndirmişdi. Bir sıra siyasətçi və şərhçinin də bu məsələdə Barqat Srbazanın adını hallandırması, sonuncunun iştahasını əməlli-başlı artırmışdı. 2021-ci ildə Robert Köçəryan tərəfdarları da ölkədəki xaosdan istifadə edərək, hakimiyyətə qayıdacaqlarına ümid edirdilər. Bu səbəbdən də tərəflər arasında gizli görüş keçirilir və razılaşdırılır ki, əgər Köçəryan hakimiyyətə qayıtsa, Baqrat katalikos postuna yiyələnəcək. Amma tərəflərin planı suya düşdü. Görünür, gizli ittifaq bu dəfə də vəzifə və mövqe uğrunda “döyüşə atılıb”.

Srbazanın iç üzü

Srbazanın ən böyük arzusu isə katolikos olmaqdır. Bu səbəbdən din xadimi baş nazirə və siyasi elitaya qarşı hücumlarını daha da kəskinləşdirir, lider olmaq, özünü xalqın atası kimi aparmaq üçün dəridən-qabıqdan çıxır. Tavuş hadisələri isə məsələnin duz-istiotu olub. İş o həddə çatıb ki, Baqrat artıq terrora da əl atacağının işarəsini verib və “Yerkrap”ın rəhbəri Sasun Mikaelyana səslənib. Bu isə güc strukturları ilə könüllü dəstələri arasında ciddi qarşıdurma yaratma həvəsindən xəbər verir. Tavuş yeparxiyasının rəhbəri artıq yaxın çevrəsinə bəyan edib ki, bu aksiya uğursuz olsa, nəticə əldə edilməsə də, özünü yaxşı reklam edə bilib.

Köçəryanın dəstəsi iş başında

Seçilən
173
9
publika.az

5Mənbələr