AZ

"Qarabağ" klubu "Neftçi"ni böyük hesabla məğlub edib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.

Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Açılış matçında “Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda Gəncə klubu 35 xalla 8-ci, “gənclik şəhəri” təmsilçisi 51 xalla 2-ci pillədə qərarlaşıb.

Günün son oyununda çempion “Qarabağ” “Azersun Arena”da “Neftçi”ni sınağa çəkib.

Qarşılaşma "köhlən atlar"ın 5:0 hesablı qalibiyyəti ilə bitib.

Hesabı 12-ci dəqiqədə Nəriman Axundzadə açıb. 41-ci dəqiqədə Toral Bayramov fərqi iki topa çatdırıb. 66-cı dəqiqədə Leandro Andrade Bakı klubunu üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. 77-ci dəqiqədə N.Axundzadə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 85-ci dəqiqədə Abdulla Zubir müəyyənləşdirib.

Bu nəticədən sonra Ağdam klubu 76 xalla turnir cədvəlinə başçılıq edir. 50 xalı olan “ağ-qaralar” isə 3-cü pillədə qalıb.

Qeyd edək ki, turun digər oyunları mayın 5-6-da keçiriləcək.

Seçilən
344
46
xezerxeber.az

10Mənbələr