“Qarabağ” Bəhlul Mustafazadənin müqavilə müddətini uzadıb.
Sportinfo,az xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, “Qarabağ” 27 yaşlı müdafiəçi ilə anlaşmanı daha 3 il müddətinə uzadıb.
Millinin də üzvü olan B. Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.