AZ

Məişət tullantılarının yandığı ərazidə 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.

Seçilən
2116
35
az.trend.az

10Mənbələr