Luka Modriç İspaniyanın “Real” klubunun tarixinə düşüb.
Msport.az xəbər verir ki, yarımmüdafiəçi La Liqanın 34-cü turunda “Kadis”ə (3:0) qalib gəldikləri matçda meydana çıxmaqla buna nail olub.
Modriç “kral klubu”nun tarixində İspaniya çempionatında (38 yaş 238 gün) ən yaşlı oyunçu olub.
O, 1965-ci ildə “Real”da meydana çıxan Ferents Puşkasın (38 yaş, 233 gün) rekordunu qırıb