“Baltikyanı ölkələrin tutduğu düşmənçilik mövqeyi səbəbindən regional dövlətlərarası münasibətlər dayandırılıb”.
APA-nın RİA “Novosti”yə istinadən bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, ölkəsi heç vaxt hazırda yaranmış vəziyyətin tərəfdarı olmayıb.
Rəsmi nümayəndənin sözlərinə görə, baş verənlərə görə məsuliyyət Latviya, Riqa və Estoniya hakimiyyətlərinin üzərinə düşür.