BMT baş katibinin köməkçisi, qurumun Avropa və MDB ölkələri üzrə Regional Bürosunun direktoru İvana Jivkoviç mayın 5-də Ermənistana dördgünlük səfərə gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, İvana Zivkoviçin səfərinin məqsədi BMT-nin İnkişaf Proqramının Ermənistan hökuməti ilə tərəfdaşlığını müzakirə etməkdir.
Məlumata görə, Jivkoviç səfər zamanı Ermənistan parlamentinin spikeri, Ermənistan baş nazirinin müavini və Ermənistan xarici işlər nazirinin müavini ilə görüşəcək.