İranda sel fəlakəti nəticəsində 23 əyalətin 5 mindən çox sakini zərər çəkib.
Modern.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin “Qırmızı Xaç” Komitəsi məlumat yayıb.
Nəticədə 153 nəfər müvəqqəti yaşayış yerlərinə, 224 nəfər isə təhlükəsiz ərazilərə təxliyə olunub.
Qeyd edək ki, son 23 gündə ölkənin 23 əyalətini cənginə alan selin fəsadlarından Buşəhr, Xorasan, Cənubi Xorasan, Fars, Kirman, İsfahan və digər əyalətlər ciddi ziyan görüb.