AZ

Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü


Aviasiya tarixində dayanmadan və yanacaq doldurmadan dünya ətrafında ilk uçuş edən Dik Rutan 85 yaşında Aydaho (ABŞ) xəstəxanasında vəfat edib.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, pilot ağır ağciyər infeksiyası keçirdikdən sonra oksigendən imtina etmək qərarına gəlib.

Dik öz nailiyyətinə ikinci pilotu Cina Yiger ilə imza atıb.

Təyyarəni Dikin qardaşı Burt dizayn edib. Layihənin başa çatdırılması altı il çəkib.

“Voyager” 1986-cı il dekabrın 14-də havaya qalxıb. Dekabrın 23-də dünyanı dövrə vurduqdan və macəralı səyahətdən sonra təyyarə eniş edib.


Seçilən
81
13
news24.az

10Mənbələr