AZ

ABŞ-dan şok iddia – Fransa Ukraynaya ordu göndərib

İddialara görə Fransa Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə Xarici Legionun hərbçilərini göndərib.
Sosial.tv xəbər verir ki, bu barədə “Asia Times” məlumat yayıb. Müdafiə nazirinin keçmiş müavini Stiven Brayanın “Asia Times”də nəşr olunan məqaləsinə Fransa Ukraynanın Slavyanskdakı 54-cü motoatıcı briqadasına dəstək məqsədilə Xarici Legionun əsas bölmələrindən olan 3-cü piyada alayının bir qrupunu göndərib. Xarici Legion Fransa Quru Qoşunlarının tərkibində elit bölmələrdən hesab olunur və əsasən xarici muzdlular hesabına komplektləşdirilir. Brayana görə Ukraynaya göndərilən ilk qrup 100 nəfərdən ibarətdir və yaxın gələcəkdə 1500 nəfərə çatdırılacaq. Brayana görə Xarici Legionun hərbçilərinin göndərilməsi Fransa prezidenti Emmanuel Makronun vəziyyətdən çıxış cəhdidir. Makron Ukraynaya ordu göndərilməsini təklif etsədə bu narazılıqla qarşılanmışdı. Belə vəziyyətdə Makron reputasiyasını bərpa etmək məqsədilə xarici muzdluları Fransa ordusunun bölmələri adı altında göndərməklə nüfuzunu xilas etməyə çalışıb.
Brayan hesab edir ki, Ukraynaya Xarici Legion əsgərlərinin göndərilməsi qərarı ümumavropa müharibəsinə səbəb ola bilər. Bununla belə, Makron ölkə daxilində “sərt oğlan” kimi görünmək istəyir. “Bu ona görədir ki, Fransa ordusunun əsgərləri göndərilmir və yaxın gələcəkdə heç bir çağırış və ya digər tədbirlər olmayacaq. Bu, Makronun siyasi opponentlərinin potensial qəzəbini açıq şəkildə azaldır”, - deyə Brayan izah edib.
Xarici Legionun göndərilməsinin ikinci səbəbi Makronun fransız qoşunlarının “Sahel Afrikasından qovulması və onların yerinə rus qoşunlarının gətirilməsinə” qəzəblənməsidir.
 
Seçilən
255
15
sosial.tv

10Mənbələr