Olaylar bildirir ki, Vaşinqtonda Apellyasiya Məhkəməsinə təqdim edilən ərizədə sözügedən qanunun konstitusiyaya zidd olduğu göstərilib.
Qeyd edk ki, "TikTok"un "milli təhlükəsizliyə təhdid yaratdığı" səbəbiylə qadağan edilməsini nəzərdə tutan qanun Çinin "ByteDance" şirkətinə platformanı təhvil verməsi üçün 19 yanvar 2025-ci ilə qədər vaxt verir. Əks halda, "TikTok" ABŞ-dəki internet proqram mağazalarından silinəcək.
Respublikaçılar və Demokratların birgə səsverməsi ilə qəbul edilən qanun layihəsinin tərəfdarları hesab edir ki, Pekində yerləşən "ByteDance" şirkəti "TikTok" vasitəsilə əldə etdiyi Amerika vətəndaşları haqqında məlumatları Çin administrasiyasına ötürür.
Eyni zamanda qanun layihəsinə qarşı çıxan Konqres üzvləri TikTok-un məlumat toplayıb Çinə ötürməsi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin "ifadə azadlığını məhdudlaşdırmaq" mənasına gələ biləcəyini bildirirlər.
"TikTok" rəhbərliyi isə bu iddiaların həqiqəti əks etdirmədiyini və platformanın ABŞ-dəki digər sosial şəbəkələr kimi tamamilə Amerika qanunlarına uyğun fəaliyyət göstərdiyini açıqlayıb. (oxu.az)